Azərbaycanın MMA döyüşçüsü 20 saniyəyə nokautla qalib gəlib - FOTO

01
apr
2023
13:55
Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, yerli idmançı Yusaku Nakamura ilə qarşılaşıb.
Məmmədov rəqibinə cəmi 20 saniyəyə nokautla qalib gəlib.
Döyüşçü açıqlamasında ona yenidən şans verdiyi üçün Rizin təşkilatına təşəkkür edib: "Daha yaxşı mübarizə apararaq burada qalmaq istəyirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".
Qeyd edək ki, bu gün Vüqar Kərəmov "Rizin 41"də yaponiyalı Yoşinori Horie ilə üz-üzə gələcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı MMA idmançısı yaponiyalı idmançını boğma fəndi ilə məğlub etdi - VİDEO
Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyada qələbə qazanıb. BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, Vüqar "Rizin" təşkilatının keçirdiyi turnirdə y...