14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evin hamamında zəhərləndi, biri ÖLDÜ - Araşdırma aparılır
Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazisində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.
***15:27
Ötən gün saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, TƏBİB-dən qafqazinfo-ya bildirilib.
"Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib", - deyə məlumatda qeyd olunub.
***12:09
Bakıda dəm qazından zəhərlənən gənc ölüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib.
Aprelin 28-i saat 21 radələrində Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında olarkən dəm qazından zəhərlənib.
19 yaşlı oğlan hadisə yerində ölüb. T.Babayeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...