Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir
Sahəsi az olan evlərə verilən kompenasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir.
BAKU.WS Xəzər TV-ə istinadən xəbər verir ki, bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib.
O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir. Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir -şəhərin mərkəzindəkilərə daha çox konpensasiya ödənilir.
Millət vəkili təklif edib ki, sahəsi kiçik olan mənzillərə xüsusi yanaşma tətbiq edilsin, ayrıca əmsaldan istifadə olunsun. Çünki kiçik sahəli evlərə verilən kompensasiya bir çox hallarda yeni mənzil almaq üçün kifayət etmir.
Vüqar Bayramov bildirib ki, paytaxtda bu il də söküntüü işlərinin davam edəcəyi və daha da genişlənəcəyi gözlənilir.
Oxşar xəbərlər
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə BAKU.WS-ə Ailə, Qad...