Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib

Premyer Liqa: İmişli Araz-Naxçıvana qalib gəlib
İdman 12

Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

BAKU.WS xəbərverirki, günün ikinci matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gəlib.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

18-ci dəqiqədə Dioqo Kardozu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 32-yə çatdıran qonaqlar doqquzuncu pillədə qərarlaşıb. Naxçıvan klubu 40 xalla altıncı yerdədir.

Günün ilk matçında "Kəpəz" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər