Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Bakıda beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovun müalicə aldığı müəssisədən qaçdığına dair məlumatlar paylaşılıb.
Paylaşılan səs yazısında bir qadın iddia edib ki, guya Əhməd Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin şəxs ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu məlumatlar ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Baku TV-yə bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.
Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda beş ailə üzvünü qətlə yetirib. Məhkəmənin qərarı ilə o, xüsusi tipli psixiatriya müəssisəsinə yerləşdirilib.
Oxşar xəbərlər
2027-ci il "Alovlu Keçi" ili olacaq: Bizi nələr gözləyir? - Maraqlı PROQNOZLAR
2027-ci il Şərq təqviminə görə "Alovlu keçi" ili olacaq. Astroloji yozumlarda bu dövr harmoniya, yaradıcılıq, ailə dəyərləri və münasibətlərə daha çox diqqət ay...