Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır

Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır
Foto Video
Hadisə 678

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin vəziyyəti ağırdır.

BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hazırda əməliyyat olunan A.Nəsirli bədəninin bir neçə nahiyyəsindən yanıq xəsarətləri alıb.

Milli Onkologiya Mərkəzinin əməliyyatxanasında yerləşdirilən həkimin əməliyyatı davam edir.

Partlayış zamanı isə xəstələrdən biri hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Hadisə 14:30 radələrində baş verib.

https://www.youtube.com/live/fgSESC9rsD0?si=pCYx59K3_gh0-MXJ

***15:57

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.

BAKU.WS Oxu.az-a istinadən həmin fotonu təqdim edir:

Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır

***15:49

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

***15:31

Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, orada olan şəxslərdən xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Araşdırma aparılır.

Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin vəziyyəti ağırdır

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər