SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" bu mövsüm həm Çempionlar Liqasında, həm də Super Liqada uğurlu performans göstərir. "Sarı-qırmızılılar" qış transfer mövsümü üçün işlərini davam etdirir.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray"ın gündəmində ötən mövsüm əzəli rəqibi "Fənərbağça"nın heyətində yer alan macar müdafiəçi Atilla Szalai var.

Qeyd edək ki, Atilla Szalai yay transfer mövsümündə "Fənərbağça"dan Almaniyanın "Hoffenhaym" komandasına transfer olunub. Lakin 25 yaşlı futbolçu yeni komandasın istədiyi şansı əldə edə bilməyib. O, "Hoffenhaym"la 8 matçda cəmi 1 qol vura bilib.

"Qalatasaray" baş məşqçisi Okan Burukun istəyinə uyğun olaraq Szalaini icarə əsasında heyətinə qatmaq cəhdlərinə başlayıb. Bildirilib ki, "Hoffenhaym" Szalaini icarəyə verməyə hazırdır və transfer haqqı tələb etməyəcək.

Szalainin Türkiyəyə qayıtmasına da müsbət yanaşdığı bildirilib.

Szalai "Fənərbaxça"nın heyətində 117 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.

BAKU.WS