Dünya Bankı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bələdiyyə maliyyələşməsindəki fərqə diqqət yetirib

Dünya Bankı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bələdiyyə maliyyələşməsindəki fərqə diqqət yetirib
Siyasət 1

İnkişaf etməkdə olan dövlətlərdə bələdiyyə borclanmalarının səviyyəsi hələ də son dərəcə aşağı olaraq qalır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının şəhər idarəetməsi, maliyyə və dövlət idarəetməsi üzrə qlobal istiqamətinin rəhbəri Roland Vayt Bakıda Ümumdünya Şəhəsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyə vəsaitini necə cəlb edə bilər?" mövzusunda panel müzakirəsində bildirib.

O qeyd edib ki, inkişaf etməkdə olan dövlətlərdə bələdiyyə qurumlarının inkişafına yönəldilən kredit vəsaitlərinin həcmi inkişaf etmiş iqtisadiyyata malik ölkələrdəki analoji göstəricilərdən əhəmiyyətli dərəcədə geri qalır.

"Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə şəhər infrastrukturunun kommersiya maliyyələşdirilməsi üzrə tədqiqat aparıb və müəyyən edib ki, bu dövlətlərdə bələdiyyə borclanmaları inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə son dərəcə aşağı səviyyədə qalmaqdadır. Yüksək inkişaf səviyyəsinə malik ölkələrdə bələdiyyələr istiqrazların və digər maliyyə alətlərinin buraxılışı vasitəsilə özəl kapitaldan fəal şəkildə istifadə edirlər. Bələdiyyələrə səmərəli şəkildə kommersiya kapitalı bazarlarına çıxmağa imkan verən şəraitə yalnız təxminən 24-25 inkişaf etməkdə olan dövlət malikdir", - R. Vayt vurğulayıb.

Son xəbərlər