Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır

Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır
İdman 17

Azərbaycan Tennis Federasiyası məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə başlayır.

Azərbaycan Tennis Federasiyası ölkədə tennisin inkişat, məşqçi fəaliyyətinin vahid standartlara uyğunlaşdırılması və milli komandalar üçün peşəkar hazırlıq sisteminin gücləndirilməsi məqsədilə tennis məşqçiləri üçün məcburi akreditasiya və re-akreditasiya prosesinə başlayır. Yeni proses çərçivəsində əvvəllər akreditasiyadan keçmiş məşqçilərin mövcud statusu yenidən yoxlanılacaq və onların peşəkar fəaliyyətinin hazırkı tələblərə uyğunluğu qiymətləndiriləcək. Müvafiq standartlara cavab verən məşqçilərin akreditasiyası yenilənəcək. Eyni zamanda, bu günə qədər akreditasiyası olmayan məşqçilərə də federasiya tərəfindən müəyyən edilmiş qaydalar əsasında akreditasiyadan keçmək imkanı yaradılacaq. Federasiyanın əsas məqsədi ölkədə tennis məşqlərinin keyfiyyətni artrmaq, gənc idmançıların düzgün sistem üzrə hazırlanmasını təmin etmək və milli komandalara namizəd oyunçuların yalnız peşəkar standartlara cavab verən məşqçi mühitndə inkişaf etməsinə şərait yaratmaqdır. Akreditasiya və re-akreditasiya prosesindən keçməyən, yaxud bu prosesdə iştirakdan imtina edən məşqçilər Azərbaycan Tennis Federasiyasının rəsmi proqramlarında, milli komandaların hazırlıq prosesində və federasiya tərəfindən tanınan inkişaf layihələrində iştirak edə bilməyəcəklər. Vacib məqam Federasiya xüsusilə valideynlərin, yeniyetmə və gənc idmançıların diqqətinə çatdırır ki, akreditasiyadan keçməmiş məşqçilərlə məşq edən hər hansı oyunçu gələcəkdə peşəkar karyerası çərçivəsində Azərbaycan milli komandalarının tərkibində, eləcə də ölkənin adından beynəlxalq yarışlarda çıxış etmək hüququ əldə edə bilməyəcək, həmçinin Federasiya tərəfindən ayrılan hər hansı maddi dəstək, təqaüd, təlim-məşq toplanışı, səfər, inventar və digər dəstək proqramlarından yararlana bilməyəcəkdir Bu səbəbdən peşəkar tennis karyerası hədəfləyən uşaqlar, yeniyetmələr və gənclər məşqçi seçimi zamanı federasiya tərəfindən tanınmış və akreditasiyadan keçmiş mütəxəssislərə üstünlük verməlidirlər. Valideynlər də bu prosesdə məsuliyyətli yanaşmalı və övladlarının gələcək idman karyerasına təsir edə biləcək bu məqamı nəzərə almalıdırlar. Dünyada məşqçilərin akreditasiya və re-akreditasiya prosesləri bir çox hallarda ödənişli əsaslarla həyata keçirilir. Lakin Azərbaycan Tennis Federasiyası ölkədə məşqçi potensialının inkişafına dəstək məqsədilə bu prosesi ilkin mərhələdə məşqçilər üçün ödənişsiz şəkildə təqdim edəcəkdir. Akreditasiya müəyyən müddət üçün veriləcək və müddət başa çatdıqdan sonra məşqçilərin peşəkar fəaliyyəti yenidən qiymətləndiriləcəkdir. Hər il yeni məşqçilər üçün akreditasiyadan keçmək imkanı yaradılacaq, artıq akreditasiyadan keçmiş məşqçilər isə müəyyən olunmuş qaydalar əsasında təkrar qiymətləndirmə və re-akreditasiya prosesində iştirak edəcəklər Azərbaycan Tennis Federasiyası ölkədə tennis məşqçiliyinin peşəkar əsaslar üzərində qurulmasını, məşqçilərin bilik və bacarıqlarının artrılmasını, beynəlxalq təcrübəyə uyğun təlim sisteminin formalaşdırılmasını prioritet istqamətlərdən biri hesab edir. Akkreditasiya və reakkreditasiya prosesindən keçmək istəyən məşqçilərdən şəxsiyyət vəsiqələrinin surətni və özləri haqqında məlumatları aşağıda qeyd olunan e-mail ünvanına göndərmələri tələb olunur:

[email protected] Əlaqə: +944 55 694 14 66

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər