Nurməhəmmədovun atası oğlunu sərt şəkildə cəzalandıracaq
08
okt
2018
09:35
Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi olan rusiyalı Həbib Nurməhəmmədovun məşqçisi və atası Əbdülmanap Nurməhəmmədov bildirib ki, Las-Veqasda keçirilən turnirdə irland Konor Makqreqorla döyüşdən sonra baş verən davaya görə oğlunu cəzalandırmaq niyyətindədir.“Report” xəbər verir ki, bunu böyük Nurməhəmmədov Birinci kanalın efirində deyib."Mən öz daha sərt sanksiyamı tətbiq etmək məcburiyyətindəyəm. UFC-nin qadağasından da sərt. Nizam-intizam, qayda-qanun olmalıdır. Rinqdə nə desən etmək olar. Lakin ondan kənarda adi insanlar, qadınlar, uşaqlar, kənar şəxslər var. Rinqdən kənarda hər şey sülh şəraitində olmalıdır", - deyə idmançının atası bildirib.BAKU.WS
Oxşar xəbərlər
Xəyal Əhmədov Almaniyada inamlı qələbə qazandı - VİDEO
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu b...