SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentinalı futbolçu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara "Milan"dan gələn təklifi qəbul etdiklərini bildirilib.

BAKU.WS Sabah spor-a istinadən xəbər verir ki, Nara Milanda yaşamaq istədiklərini deyib:

"İtaliyada yaşadığımız köhnə günləri xatırlamaqdan çox narahat deyiləm, çünki bilirəm ki, Mauro ilə birlikdə oraya qayıdacağam. İtaliya bizim həmişə xoşbəxt olacağımız ölkədir”.

Vanda Nara fikirlərinə belə davam edib:

“Mən həmişə indiki vaxtda, içində olduğumuz zamanda yaşayan biriyəm. Milandakı bağ evimiz hələ də qalır. Heyvanlarımız və onlara qulluq edən insanlar hələ də o evdə yaşayırlar. Milan hamımızın sevdiyi və həmişə yenidən yaşamaq istəyəcəyimiz yerdir".

Nəşrin iddiasına görə, İkardi puldan daha çox xoşbəxt olacağı yerdə qalmaq istəyir. Bu səbəbdən də onun "Qalatasaray"a keçidi də realdır. 

Qalatasaray rəhbərliyi İkardi ilə razılığa gəlməyə çox yaxındır və razılıq əldə olunarsa, 3+1 il müddətinə imzalanacaq.

Xatırladaq ki, ötən mövsüm PSJ-dən icarə əsasında "Cimbom"a gələn argentinalı ulduz 24 liqa oyununda vurduğu 22 qol və 7 məhsuldar ötürmə ilə çempionatın ən məhsuldar oyunçusu olub.

BAKU.WS