VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

F qrupunun III turunda Belçika ilə qolsuz heç-heçə edən Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv xallarını 5-ə çatdıraraq ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

4 xalı olan "qırmızı şeytanlar" isə mundialla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala yüksəliblər.

***19:02

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Belçika yığmaları arasında F qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***18:30

Qətərdə keçirilən dünya çempionatının F qrupunun III turunda üz-üzə gələcək Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, İvan Perişiç, Marko Livaya, Andrey Kramariç

Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Leander Dendonker, Yannik Karrasko, Kevin De Brüyne, Leandro Trossard, Dris Mertens, Toma Mönye

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

BAKU.WS