Fransada istilər səbəbindən yüzlərlə məktəb bağlandı
Fransada müşahidə olunan anomal isti hava şəraiti təhsil müəssisələrinin fəaliyyətinə təsir göstərib.
BAKU.WS xəbər verir ki, ölkədə yüksək temperatur səbəbindən 845 məktəb müvəqqəti olaraq bağlanıb. Daha 1800 məktəbdə isə dərs saatlarının dəyişdirilməsi qərara alınıb.
Fransanın meteoroloji xidməti bir sıra bölgələrdə isti hava ilə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edib. Bildirilib ki, onlarla departamentdə "qırmızı" və "narıncı" xəbərdarlıq qüvvədədir.
Fransanın təhsil naziri Eduar Geffray bildirib ki, şagird və müəllimlərin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra məktəblərin fəaliyyəti dayandırılıb, bəzi təhsil müəssisələrində isə dərslər günün daha sərin saatlarına keçirilib.
Səlahiyyətli qurumlar vətəndaşlara gün ərzində mümkün qədər kölgədə qalmağı, bol maye qəbul etməyi və zəruri olmadıqda açıq havada uzun müddət qalmamağı tövsiyə ediblər.
Oxşar xəbərlər
Voronejə raket hücumu iddiası: hava həyəcanı elan edilib
Rusiyanın Voronej şəhərinə Ukrayna Silahlı Qüvvələri tərəfindən raket zərbəsi endirildiyi iddia olunur. BAKU.WS xəbər verir ki, Voronej vilayəti ərazisində rak...