Sumqayıtda 18 yaşlı qız evdə oğlan tanışını bıçaqladı: Son vəziyyəti açıqlandı

Sumqayıtda 18 yaşlı qız evdə oğlan tanışını bıçaqladı: Son vəziyyəti açıqlandı
Hadisə 680

Sumqayıtda 18 yaşlı qızın bıçaqladığı oğlanın vəziyyəti məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iyunun 21-də saat 13:10-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2006-cı il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.

Qarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

*** 10:07

Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-ya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər