İqlim dəyişikliyi ilə bağlı məşhur miflər

İqlim dəyişikliyi ilə bağlı məşhur miflər
Digər 12

İqlim dəyişikliyi ilə bağlı müxtəlif iddialar və miflər uzun illərdir müzakirə olunur. Lakin alimlər hesab edir ki, qlobal istiləşmə artıq proqnoz deyil, müşahidə olunan reallıqdır.

BAKU.WS xəbər verir ki, son on ildə Yer kürəsində temperatur rekordları ard-arda yenilənib. 2024-cü il isə sənaye inqilabından əvvəlki dövrlə müqayisədə orta temperaturun 1,5°C-dən çox artdığı ilk il kimi tarixə düşüb.

Alimlər iqlim dəyişikliyi ilə bağlı ən çox yayılan miflərə də aydınlıq gətiriblər.

İqlim həmişə dəyişib, insanın bunda rolu yoxdur

Mütəxəssislər bildirirlər ki, Yer kürəsinin iqlimi tarix boyu dəyişsə də, son iki əsrdə müşahidə olunan sürətli istiləşmənin əsas səbəbi insan fəaliyyətidir. Atmosferdə karbon qazının miqdarı 1750-ci illə müqayisədə təxminən 50 faiz artıb və bunun əsas mənbəyi fosil yanacaqların yandırılmasıdır.

Soyuq hava və qar qlobal istiləşmənin olmadığını göstərir

Alimlər vurğulayırlar ki, hava və iqlim fərqli anlayışlardır. Hava qısamüddətli dəyişiklikləri ifadə etdiyi halda, iqlim uzun illərin orta göstəricilərinə əsaslanır. Buna görə də ayrı-ayrı soyuq günlər və ya güclü qar yağışı qlobal istiləşməni təkzib etmir.

Araşdırmalara əsasən, 2015–2024-cü illər dövrü müşahidələr tarixinin ən isti onilliyi olub.

Mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişikliyi ilə bağlı məlumatları qiymətləndirərkən elmi araşdırmalara və beynəlxalq hesabatlara istinad etmək vacibdir. Bundan əlavə, Yer səthinin 71 faizini əhatə edən Dünya okeanı iqlimin əsas tənzimləyicilərindən biri hesab olunur və atmosferdəki artıq karbon qazının əhəmiyyətli hissəsini özündə saxlayır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər