Nazir: "Naxçıvanda ötən il 127 milyon manatlıq aqrar məhsul istehsal edilib"
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi 217 milyon manat olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvanda keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu, muxtar respublika üzrə ÜDM-nin 12,7 %-ini təşkil edib: "İstehsal edilən kənd təsərrüfatı məhsullarının strukturuna baxdıqda görmək olar ki, bitkiçilik – 55,5 %, heyvandarlıq 44,5 % təşkil edir. 2025-ci ildə Naxçıvanda birillik bitkilərin əkin sahələri və çoxillik əkmələrin ümumi sahəsi təxminən 43 min hektar olub. Bu sahələrin 84,9 %-ini birillik bitkilərin əkin sahələri, 13,2 %-ini meyvə və giləmeyvə bağları, 1,8 %-ini üzüm bağları və 0,1 %-ini çəkillik sahələri təşkil edib. Birillik bitkilərin əkin sahəsi 36,5 min hektar olub və ölkə üzrə müvafiq sahələrin 2,3 %-ini təşkil edib. Bu sahələrin 50,8 %-i dənli və dənli paxlalı bitkilərin, 41,1 %-i yem bitkilərinin, 4,8 %-i tərəvəzin, 1 %-i bostan bitkilərinin, qalan 2,3 %-i isə digər bitkilərin payına düşüb".
M. Məmmədov əlavə edib ki, dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 18,6 min hektar təşkil edib: "Bu sahənin 50,1 %-i arpa - 9,3 min hektar, 44,6 %-i buğda - 8,3 min hektar, 4,5 %-i dən üçün qarğıdalı - 834,3 hektar, 0,8 %-i isə digər dənli və dənli paxlalı bitkilərin payına düşüb. Muxtar Respublikada dənli və dənli paxlalı bitkilərin əkin sahəsi ölkə üzrə müvafiq əkin sahələrinin 1,9 %-ini təşkil edib".
Oxşar xəbərlər
Şükürbəyliyə qayıdan daha 20 ailəyə açarlar təqdim edilib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyliyə 89...