VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə qoşulacaq Azərbaycan klublarının ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

BAKU.WS xəbər verir ki, Apasport.az saytının məlumatına görə, UEFA “Zirə”, “Neftçi” və “Qəbələ”nin yeni mövsümdəki ilk rəsmi matçını idarə edəcək referilərin adlarını açıqlayıb.

“Zirə”nin İsrail təmsilçisi Təl-Əviv “Makkabi”si ilə ev görüşündə irlandiyalı Rob Hennessi fit çalacaq. Ona həmyerliləri Emmett Dinan və Dermot Broyton kömək edəcəklər. “Dalğa Arena”dakı görüşün 4-cü hakimi Oliver Moran olacaq.

“Fehervar”ın qonağı olacaq “Qəbələ”nin Macarıstandakı qarşılaşması isveçlilərə tapşırılıb. Kasper Syoberq baş, Maks Robin Uilde və Andreas Svensson laysman, Qranit Maqedonçi isə ehtiyat hakim olacaq.

Kiprdə “Aris”in qonağı olacaq “Neftçi”nin matçında isə xorvatiyalı İvan Bebek ədaləti bərpa edəcək. Həmyerliləri Qoran Pataki ilə Luka Payiç köməkçi, Dario Bel isə 4-cü hakim funksiyasını icra edəcək.

Qeyd edək ki, bütün oyunlar iyulun 21-də keçiriləcək.

BAKU.WS