SİZİN REKLAM BURADA!
055 213 76 73


Kiprin AEK (Larnaka) komandası "Qarabağ"ın futbolçusu Qaspar Panadero ilə vidalaşıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Larnaka təmsilçisi bu ilin yanvarında icarəyə götürdüyü ispaniyalı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub.

25 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə qayıdacaq.

Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi qış fasiləsinədək cəmi 4 oyunda "köhlən atlar"ın formasını geyinib. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı matçda meydana çıxıb.

BAKU.WS