Kipr klubu "Qarabağ"ın legioneri ilə vidalaşdı

25
may
2022
23:42
Kiprin AEK (Larnaka) komandası "Qarabağ"ın futbolçusu Qaspar Panadero ilə vidalaşıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Larnaka təmsilçisi bu ilin yanvarında icarəyə götürdüyü ispaniyalı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub.
25 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə qayıdacaq.
Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi qış fasiləsinədək cəmi 4 oyunda "köhlən atlar"ın formasını geyinib. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı matçda meydana çıxıb.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" növbəti mərhələdə - YENİLƏNİB
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və Kiprin AEL qarşılaşması başa çatıb. BAKU.WS xəbər verir ki, köhlən atlar rəqibi mi...