Kanalizasiya problemi sürüşməyə səbəb oldu? - Səbaildə nə baş verir?
Paytaxtın Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 147 ünvanında yerləşən binadan Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.
Sakinlərin iddiasına görə, ərazidə kanalizasiya xətlərinin bərbad vəziyyətdə olması səbəbindən çirkab suları əraziyə yayılır. Nəticədə binanın birinci mərtəbəsi və ətraf sahə ciddi problemlərlə üzləşir.
Sakinlərin sözlərinə görə, vəziyyətin əsas səbəblərindən biri binanın arxa hissəsindən axan kanalizasiya, yəni çirkab sularıdır.
Onların iddiasına görə, binanın arxa tərəfində, qeyri-yaşayış sahələrinin və həyət evlərinin yerləşdiyi dağlıq ərazidə torpaq sürüşməsi təhlükəsi də müşahidə olunur. Yağış yağanda vəziyyət daha da pisləşir.
Oxşar xəbərlər
Bakı, Ağdaş, Tərtər və Yevlaxın bir hissəsində İŞIQ OLMAYACAQ
Bugün Bakının Yasamal, həmçinin Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. BAKU.WS xəbər verir...