Azərbaycanlı dünya çempionuna avtomobil hədiyyə olunacaq - FOTO

20
may
2022
14:09
Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Anar Məmmədova avtomobil hədiyyə olunacaq.
BAKU.WS-in oxu.az-a istinadla xəbərinə görə, bu gün start götürmüş kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimində federasiya rəhbərliyi tərəfindən ona “Şkoda Rapid” avtomobilinin açarı təqdim olunacaq.
Qeyd edək ki, Anar Məmmədov ötən il İtaliyada keçirilmiş dünya çempionatının Azərbaycandan yeganə qalibi olub. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev yarışdan öncə dünya çempionlarına avtomobil hədiyyə edəcəyinə söz vermişdi.
Qalereya
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...