SİZİN REKLAM BURADA!
055 213 76 73


"Komandamı rəbrik edirəm. Həqiqətən də çox yaxşı komandaya qarşı oyunda 3 xal qazandıq".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandasına 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, hər iki komanda intizamlı oyun sərgiləyib: "Meydanda intizamlı iki komanda var idi. Oyunu yaxşı təhlil edən komandalar var idi. Qolu kim vursaydı, oyunun taleyi də onun xeyrinə olacaqdı. Futbolçularımdan çox razı qaldım. Onlar oyunu sonadək əldə saxlamağı bacardılar. Meydanda iki dinamik komanda gördüm".

Qurbanov Filip Ozobiçin fiziki baxımdan çatdırmadığına dair fikirlərlə razılaşmayıb: "O, ən çox qaçan oyunçulardandır. Ola bilsin, bəzi epizodlarda zonasını tez ala bilmirdi. Ozobiçidən daha çox əks-hücumlarda yararlanırıq. Bəzi epizodlarda düşündüyümüz kimi alınmaması kommunikasiyalardan asılı oldu. Çox intizamlı komandaya qarşıı oynadığımız üçün ola bilsin, belə alındı".

Qurbanov az sayda qol epizodu yarada bilməmələrini belə izah edib: "Cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 imkanımız oldu. Sadəcə, son zərbələradək çatmadı. Rəqib komandanın oyunçuları çox yaxın oynayırdılar. Həm də futbol elə səviyyəyə gəlib çatıb ki, standart vəziyyət və ya bir epizod matçın taleyini həll edir. Futbolçuların intizamlı və istəkli olmaları çox önəmlidir. Qol epizodları bəzi oyunlarda az, bəzilərində çox ola bilər.

Baş məşqçi ilk yarıda zədələnən Toral Bayramovun durumuna da aydınlıq gətirib: "Toralın ayağında şiş oldu. Rəqib oyunçu ona epizod zamanı xəsarət yetirdi. Durumuna sabah aydınlıq gələcək. Ağrılar olmasa, ola bilər ki, 4-5 gün meydandan kənarda qalsın".

Bədavi Hüseynovu bu mövsüm meydana buraxacağını söyləyən Qurbanov bunun üçün uyğun zaman axtardığını bildirib:

"Qarşıdakı matçlarda daha yaxşı bərpa olunaraq, meydana çıxacaq. Sadəcə, indi ilk dəqiqələrdən riskə getmirik. Milli komandaların oyunları ilə əlaqədar verilən fasilədən sonra onlardan yararlana biləcəyik. Onun qayıdışından sonra hər şey futbolçuların özlərindən asılı olacaq. Kim sabit çıxış edəcəksə, start heyətdə meydana çıxacaq. Rəqabətin yüksək olması önəmlidir".

Təcrübəli mütəxəssis rotasiyalar etdiyi üçün bu dəfə Abbas Hüseynova yox, Marko Veşoviçə şans verdiyini diqqətə çatdırıb: "Abbas ötən iki turda çıxış etmişdi. Bu dəfə meydana çıxmaması xüsusi bir səbəblə əlaqədar deyildi. Ola bilər, növbəti turda meydana çıxsın".

Baş məşqçi Xayme Romeronun zədə müddətinin bitdiyini sözlərinə əlavə edib: "Bir aydan sonra meydana tədricən buraxmağı düşünürük. Amma tam oynayacağını indidən demək çətindir".

Qurbanov son olaraq Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar azad agent statusu verilən oyunçulardan hələlik heç kiminlə ünsiyyətin olmadığını deyib.

BAKU.WS