Qurban Qurbanov: "Arsenal"a qarşı maksimum aqressiya ilə oynamalıyıq"
13
dek
2018
08:40
"Bu, bizim son oyunumuzdur, bizim üçün çətin olacaq. Hansı komandaya qarşı oynayırıq. Rəqibin gücü hamıya bəllidir. Meydana böyük həvəs və istəklə çıxırıq. Çalışacağıq ki, yaxşı oyun və özümüzü ən yaxşı formada göstərək"."Report"un London bürosu xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.46 yaşlı mütəxəssis azsaylı jurnalistlərin suallarını da cavablandırıb...Azərbaycan Premyer Liqasındakı son iki oyununda komandanız xeyli aüressiv nəzərə çarpır. Rəqibin daha çox gənclərə üstünlük verəcəyini nəzərə alaraq, bu aqressivliyi "Arsenal"la oyunda da görə biləcəyikmi?- Biz həmişə aqressiv olmağa çalışmışıq. Ümumiyyətlə, bugünkü futbol həddən artıq sürət və aqressiya tələb edir. Biz "Arsenal"ın hansı heyətlə meydana çıxacağını yox, məhz "Arsenal"a qarşı oynayacağımızı düşünməliyik. Rəqibin hər bir futbolçusunun dəyəri həddən artıq yüksəkdir. İngiltərə Premyer Liqası dünyanın ən aqressiv, ən sürətli çempionatlarındandır. Belə komanda ilə başabaş mübarizə aparmaq çətin olacaq. Amma istənilən halda belə komandaya qarşı meydana maksimum aqressiya ilə çıxmasaq, problemlər və çətinliklərimiz həddən artıq çox olacaq."Arsenal"ın sürətli və aqressiv komanda olduğunu bildirdiniz. Əvvəlki oyunlarınızda da ən böyük çətinlikləriniz İngiltərə klubları ilə görüşlərdə olub. Ümumiyyətlə, belə komandalara qarşı necə hazırlaşırsınız?- Bu cür komandalara qarşı oynamaq üçün fiziki gücümüz çox, özümüz xeyli hazırlıqlı olmalıyıq. Bunlar bir gün və ya bir ayın içində olan məsələ deyil. Komanda ilboyu belə səviyyədə oyunlar keçirməlidir. Unay Emeri həddən artıq sürətli futbola, rəqibin cərimə meydançasına sürətlə çatdırmağa üstünlük verir. Biz belə məsələlərin üzərində işləyə bilərik. Çətinlik çəkməmək üçün futbolçu illərlə bu cür səviyyədə oyunlarda iştirak etməlidir. Amma fərqin həddən artıq böyük olduğunu etiraf etməliyik.Özünüz fiziki cəhətdən yüksək hazırlıqlı futbolçu olmusunuz. Bu baxımdan, nə etmək lazımdır ki, Azərbaycanda bu cür oyunçular hazırlansın?- Ola bilsin, mənim fiziki hazırlığım öz səviyyəmizdə, öz çempionatımızda seçilirdi. Lakin indi futbol tam fərqlidir. Güc futbolu oynamaq olar, amma düşünmə qabiliyyəti, topla davranış, hərəkətdə olmaq bu gün daha önəmlidir. Belədə futbolçu avtomatik düşünmə qabiliyyətini yaxşılaşdırır, özü də bilmədən fiziki baxımdan inkişaf edir. İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatlarındandır. Belə şəraitdə məşq edib oynamaq lazımdır ki, fiziki və texniki səviyyəni artırasan. Amma təəssüf ki, biz bu sürətdən, bu futboldan xeyli geriyik.Səbəbini nədə görürsünüz?- Biz kiçik futbol ölkəsiyik. İngiltərədə isə yüz illərin komandaları var. Bizdən fərqli olaraq, onlar xeyli əvvəl oynamağa başlayıblar. Azərbaycanda futbol daha çox sevilməlidir. Bu gün üçün bu da normaldır. Ümumiyyətlə, Avropada və dünyada futbola həddən artıq böyük yer verilir. Hər gün, hər ay bu idman növünün inkişafı üçün yeni fikirlər, yeni təkliflər irəli sürülür. Biz isə hələ başlamaq istəyirik. Son illər "Qarabağ" Avropa Liqasının, hətta Çempionlar Liqasının qrupunda oynayıb. Son 5 ildə müəyyən addımlar atılıb. Bəlkə də buradək gəlmək asan idi. Amma ən azı bu səviyyəni qoruyub saxlamaq lazımdır ki, gələn mövsümlərdə belə səviyyəli tanınmış klublar daim Bakıya gəlsinlər. Bu, Azərbaycan futbolunun sevilməsi istiqamətində böyük addımdır. Hamı bunu düşünməlidir.Nə etmək lazımdır ki, Azərbaycanda milli komanda səviyyəsində futbolçular hazırlansın?- Mənim hər hansı fikir söyləməyim yetərli olmaz. Biz icraçılarıq, daha çox klub səviyyəsində futbolun inkişafı ilə məşğuluq. Eləcə də digər futbolçular bu addımı atmalıdır. Amma bunlar elə də asan deyil. Kosovolu futbolçuların əksəriyyəti öz çempionatlarında yox, Avropanın ən yaxşı liqalarında oynayırlar. Digərlərində isə biz heç də aşağı səviyyədə deyilik. Futbolçularımız illər ərzində həm klub, həm də milli komanda səviyyəsində təcrübə toplayıblar. Biz buradək gəlmişiksə, ən azı bu səviyyəni qorumalıyıq. Ona görə ki, futbolumuzun inkişafı yönündə yeni təkliflər, yeni ideyalar ortaya çıxa bilər. Bu, elə də asan deyil. Futbolumuzun inkişafı üçün çempionatımızın səviyyəsini yaxşılaşdırmalı, klublarımızın səviyyəsini artırmalıyıq.BAKU.WS
Oxşar xəbərlər
"Arsenal"ın baş məşqçisi : “Qarabağ"a hörmətlə yanaşırıq"
“Biz sabah “Qarabağ”la oynayacağımız matçda qələbə qazanacağımıza inanırıq”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu İngiltərənin “Arsenal” klubunun ba...