055 213 76 73
Azərbaycandakı "Formula 1” (F1) təşkilatçıları 2016-cı ildə keçiriləcək ilk F1 yarışı üçün hazırlanan pistin Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən təsdiq edilməsini gözləyir.
Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq. Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, "Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.
BAKU.WS