Tokio-2020: Çin zirvədə, ABŞ Yaponiyanı qabaqlayıb – MEDAL SİYAHISI

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
BAKU.WS "apasport.az" saytına istinadən xəbər verir ki, bu gün daha 25 dəst medal sahibini tapıb.
Bununla da Olimpiadada sahibi müəyyənləşən mükafat dəstlərinin ümumi sayı 179-a çatıb. Bu medallara 76 ölkə təmsilçisi yiyələnib. Bu gün Azərbaycan millisi də aktivinə ikinci bürünc medalı əlavə edib.
Boksçumuz Alfonso Dominqes (81 kq) yarımfinalda məğlub olduğu üçün Oyunları 3-cü yerdə bitirəcəyi rəsmiləşib. Ölkəmiz iki bürünclə 70-71-ci yerləri bölüşür.
Çempionluq isə 53 yığma üzvünə nəsib olub. Medal sıralamasına Çin başçılıq edir. ABŞ ikinci pilləyə yüksəlibsə, Yaponiya üçüncü sıraya düşüb.
Qeyd edək ki, hündürlüyə tullanma yarışında Qətər və İtaliya idmançısı eyni nəticə göstərdiyindən hər ikisinə qızıl medal verilib.
yer | ölkə | Q | G | B | C |
1 | Çin | 24 | 14 | 13 | 51 |
2 | ABŞ | 20 | 23 | 16 | 59 |
3 | Yaponiya | 17 | 5 | 9 | 31 |
4 | Avstraliya | 14 | 3 | 14 | 31 |
5 | Rusiya OK | 12 | 19 | 13 | 44 |
6 | Böyük Britaniya | 10 | 10 | 12 | 32 |
7 | Fransa | 5 | 10 | 6 | 21 |
8 | Cənubi Koreya | 5 | 4 | 8 | 17 |
9 | İtaliya | 4 | 8 | 15 | 27 |
10 | Niderland | 4 | 7 | 6 | 17 |
11 | Almaniya | 4 | 4 | 11 | 19 |
12 | Yeni Zelandiya | 4 | 3 | 4 | 11 |
13 | Çexiya | 4 | 3 | 1 | 8 |
14 | Kanada | 3 | 4 | 7 | 14 |
15 | İsveçrə | 3 | 4 | 5 | 12 |
16 | Xorvatiya | 3 | 2 | 2 | 7 |
17 | Çin Taypeyi | 2 | 4 | 4 | 10 |
18 | Braziliya | 2 | 3 | 5 | 10 |
19 | Macarıstan | 2 | 2 | 2 | 6 |
20 | Sloveniya | 2 | 1 | 1 | 4 |
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...
