AVRO-2020-nin Bakıda keçiriləcək matçlarına ümumilikdə 44 min bilet satılıb.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.

E.Məmmədov qeyd edib ki, Bakı Olimpiya Stadionunun tutumu 68 min nəfərlikdir: "Nəzərə alsaq ki, bəzi yerlərdə UEFA-nın və telekanalların xüsusi studiyaları olub, buna görə də arenanın hazırkı tutumu 62-63 min nəfərə qədər azalıb. Qaydalara əsasən, matça 50 faiz azarkeş buraxılacaq. Satışda da təxminən hər oyuna 32 min bilet olur. İndiyədək 4 matç üçün ümumilikdə 44 min bilet satılıb. Təbii ki, ortalama hesablasaq, satılan biletlərin sayı 1-ci oyun üçün 6 mini keçib, ikinci matça - Uels-Türkiyə oyunu üçün 18 mini keçib, digər oyunlarda isə bərabərdir. 1/4 finalda iştirak edəcək komandaların adı məlum olmasa da, bu oyuna maraq çox böyükdür. Xüsusilə də əcnəbilərin".

BAKU.WS