SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan gimnastı Mixail Malkin batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında bürünc medal qazanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, tamblinq üzrə 75.300 xal toplayan M.Malkin üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov gənclər arasında batut üzərində sinxron hərəkətlərdə gümüş medal qazanıblar.

Ötən gün Azərbaycanın tamblinq üzrə gənclər komandası dünən Avropa Çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı 29 apreldən 2 may tarixinə qədər keçirilir. Yarışlarda 23 ölkədən idmançılar iştirak edir.

BAKU.WS