Yunan-Roma güləşçilərimizin rəqibləri müəyyənləşdi

Yunan-Roma güləşçilərimizin rəqibləri müəyyənləşdi
İdman 66

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, yarışın son 3 günündə Yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

55 kq1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan)

60 kq1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus)

63 kq1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan)

67 kq1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya)

72 kqTəsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova)

77 kq1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya)

82 kq1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova)

97 kq1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan)

Qeyd edək ki, sabah Eldəniz Əzizli, Taleh Məmmədov və Sənan Süleymanov xalça üzərinə çıxacaq. Digər güləşçilərimiz isə aprelin 24-də mübarizəyə qoşulacaq.

Oxşar xəbərlər

Son xəbərlər