Etiraz edən güləşçilərin baş məşqçisindən daha bir SƏRT BƏYANAT

Etiraz edən güləşçilərin baş məşqçisindən daha bir SƏRT BƏYANAT
İdman 8445

Güləş üzrə milli komandalarımız  avqustun 21-26-da Parisdə keçiriləcək  dünya çempionatına hazırlaşır. Hazırlığın son mərhəslisini keçən sərbəst  güləşçilərimizin son vəziyyətindən BAKU.WS-ə yığma komandanın "Şöhrət Orden”li baş məşqçisi Firdovsi Umudov danışıb.

- Firdovsi müəllim artıq heyət bəllidir. Kimlərə şans verilib?

- Bu ilin əvvəlindən ölkə çempionatı başa çatandan sonra məşqlərə start vermişik. Kislovodskda, Avropa çempionatı öncəsi Dağıstanda, İslam Oyunlarından əvvəl dünya kubunda  çıxış etdik. Bir çox turnirlərdə güləşçilərimizi sınadıq. Bir sözlə məsqlər davam edir. Dunya çempionatı üçün heyətə  Mahir Əmiraslanov (57kq),  Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Omarov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbəy Albarov (96kq) kimu idmançılar heyətdə öz yerlərini alıb. 125 kq-da idmançımız olmayacaq çünki Cəmaləddin Məhəmmədov zədəlidir.

- Dünya çempionatından hansı nəticəni gözləyirsiz? Yetirmələrinizin neçə medal qazanacağına ümid edirsiz?

- Ümumiyyətlə proqnoz verməyi sevmirəm. Şükürlər olsun ki, hazırlıqlarımız davam edir. 8 çəkidən 7-də idmançılarımız çıxış edəcək. Təbii ki Cəmaləddin də medal ümidlərimizdən biri idi. Təəssüf ki, o zədə üzündən bu yarışda çıxış edə bilmir. Proqnoz vermək çətindir. Hazırlıqlar keçilib. İnşallah güləşçilərimiz öhdələrinə düşəni yerinə yetirərlər. Mən nəticədən asılı olmayaraq idmançılarımızın ölkəmizi layiqincə təmsil etməsini istəyirəm. Təbii ki, bu çempionatda gənc güləşçilərə də yer verilib.

- Firdovsi müəllim, istərdim güləşçimizin keçirdikləri aksiyaya da toxunasız. Güləşçilərimizin  məqsədi nə idi? O məqsədə çata bildilərmi?

- Sadəcə sərbəst güləşçilərimiz haqqında fikir bildirmək istəyirəm.  Onların bu addımına etirazımı bildirmişəm, hələ də eyni fikirdəyəm. Belə deyim idmançılarımızın fikirləri düzgün yozulmadı. Güləşçilərimiz öz fikirlərini çatdıra bilmədi. Nə istədiklərini deyə bilmədilər. Bizim təlim-məşq toplantılarımız olub. Bir az əvvəl bu barədə dedim. Ölkə xaricində və daxilində məşqlərimiz keçib.

- Siz aksiyadan xəbər tutandan sonra  bunun doğru addım olmadığını sosial şəbəkə vasitəsilə yazıb bildirdiniz. Belə deyim güləşçiləri tənbeh etdiyinizə görə tənqid hədəfinə çevrildiniz. Amma güləşçilərimiz tam əksinə sizdən razı olduğunu dilə gətirmişdilər.

- İdmandan anlayışı olan da olmayan da boş-boş danışdı.Biz hər zaman güləşçilərimizlə vətənpərvərlikdən, dövlətə, millətə sevgidən danışmışıq.Bu fikirləri onlara hərzaman aşılayırıq.Hətta 90-cı illərdə öz güləşdiyim vaxtları misal çəkmişəm.Necə çətinliklər içində güləşdiyimizi demişəm. Onu da bildirim ki, bizim bazanın  binası var. Güləşçimiz də orada qalır. Güləş Federasiyası 10 ildir ki, idmançılarımızi o yerlə təmin edib.Burada da onlar üçün hər şərait yaradılıb.Paltarları yuyulur, yeməkləri verilir.Bir vaxtlar idmançılarımızın pulunu saydılar, sürdükləri maşından danışdılar.Federasiya pul verəndə hər söz dedilər.Çox pul verilir deyildi. Bir az çətinlik var indi də həmin şəxslər deyirlər idmançının pulunu kəsirlər. İdmançılara məşqçiləri irad tuta bilər, tənbeh edə bilər.Kənardan başı çıxan da, çıxmayan da istəyirlər bu məsələylə bağlı şou yarada.

 - Niyə sizi tənqid hədəfinə aldılar?  Gah dedilər baş məşqçi onları təmin etməlidir, gah dedilər aksiyada idmançıların yanında olmalıydı....

- İdmançılar baş məşqçinin yanında olmalıdır. Hər gün komandayla oluram. Onların hər bir hərəkətinin, işinin şahidi oluram. Hədəfin niyə mən olduğunu bilmirəm. Düzü sosial şəbəkələrdə yazılanları elə də oxumamışam. Amma deməli biz illərlə çalışıb vuruşuruq deyə  danışırlar. Mənim qədər Azərbaycanı sevsinlər. Mənim və komandam kimi ölkəmizi dünyanın bir çox ölkəsində təmsil etsin. Az da olsa vətəni üçün bir iş görsünlər. Onlar mənimlə oturub üz-üzə heç  söhbət də edə bilməzlər. Elə insanlar Azərbaycanın düşmənidir.Dünənə qədər idmançıların pulunu sayanlar bugün guya onların müdafiəsinə keçiblər.Güləşçilərimiz özləri də təsdiq edir ki, dövlətimiz, cənab prezident tərəfindən vəd edilən hər bir mükafat sahibinə çatıb.

- İranda bayraq təxribatının qarşısını  alarkən "halal olsun" deyən bəziləri də bu dəfə sizə əks mövqedə durdu.

- Deməli onlar ikiüzlüdürlər. Özüm güləşdiyim vaxtdan bu günə qedər elə insanları görmüşəm. Dövlətimi sevirəm. Bayrağımız qalxanda, himnimiz səslənəndə qürur hissi keçirirəm.Bu olan halda mən niyə dövlətə əks getməliyəm? Dövlət başçımız cənab İlham Əliyevin apardığı siyasəti alqışlayıram, dəstəkləyirəm. Mən də, bütün komandamız da. Onlar gəncdirlər nəyisə düz vurğulamaya bilərlər. Frazaları düzgün işlətməyə bilərlər. Açıqlamamda da demişdim, təlim-məşq toplanışında da bununla bağlı  söhbətlər aparılıb.

- İdmançıları "vətən xaini" çıxarmanızı irəli sürdülər. Buna necə münasibət bildirərdiniz?

-  Vətən xaini elə onu yazanın özüdür. Yenə deyirəm mən də güləşçilərimiz də cənab prezidenti dəstəkləyirik. Ölkəmiz üçün canımızdan, qanımızdan keçməyə hazırıq. Yenə deyirəm güləşçilərimiz ola bilsin fikirlərini düzgün çatdırmayıb. Ola bilsin suallarla da onları qızışdırıblar. Həmişə demişəm ki problem ailənin içində həll olunmalıdır. Onu şişirtmək olmaz. Bizi düşmənlər də izləyir. Düşməni niyə sevindirməliyik?

- Bəs zalda su olmur nə məsələ idi?

- Bizim zalda həmişə su olub. Sərbəst güləşdə olan nizam-intizam, hazırlıq prosesinə mən cavabdehlik daşıyıram.Digər millilərimizin öz məşqçisi var, özləri bilər. Sözsüz ki mən federasiyasının yaratdığı şəraiti dana bilmərəm. Azərbaycanda olan baza və güləş zalı dünyanın bir çox dövlətində yoxdur.Yaxşıdan da danışın.Zalda 12 döşək var. Təmizlik də yüksək şəraitdə.Biz məşqçimizi uçuq zallarda etmişik.Başımızın üstündə top, qrad atılırdı.  Şam işığında məşq edirdik.Amma vətən eşqi içimizdə var idi.Sözsüz ki şərait olmalıdır.İndi bizim də bu cür şəraiti olan zalımız var. Yenə deyirəm bugün də bu aksiyaya görə razı deyiləm, razı olmadığım bir işin də necə yanında olmalıyam?Ən azı baş məşqçi kimi məsləhət olunmalı idi.Öz başına çıxış edib, iştirak etmək doğru deyildi.Heç bir əcnəbi məşqçi, əcnəbi idmançı mənim qədər Azərbaycanı sevə bilməz.Mənim fikrim, amalım dövlətimin bayrağını qaldırmaqdır.Diğər məsələlər - pul məsələsi arxa plandadır.Özüm qulluqçu ailəsindən çıxmışam.Bu gün ölkəmdə də, ölkəmdən xaricdə də tanınıram.İdmançı olduğumuz vaxt küçələrdə qalırdıq, qalmağa yerimizi də yox idi.İndi güləşçilərimizin isə bazada hər cür şəraiti var.

 -Federasiya rəhbərliyi bu məsələ ilə bağlı görüş keçirdi?

- Əlbəttə görüşüldü.Narahatlığını bildirdi.Şəraitimizlə maraqlanılır.Hər dəqiqə rəhbərlik əlaqə saxlayıb. Bəziləri Azərbaycanın adına xələl gətirmək istədilər, alınmadı. Unutmayaq ki Azərbaycan olimpiadada uğur qazandı. İslam Oyunlarında ən yüksək nəticəni verdi. İlk "üçlük"də güləşçilərimiz haər zaman öz yerini alıb.Avropa və dünya çempionatında qazanılan uğurlara kölgə salmaq olmaz.Maaşlar da az-az, etapla vuruldu, maraqlanılır.Məşqçilərlə görüşüldü, söhbət olundu. Baş məşqçi maaş vermir. O da  verilərsə maaş alır.  Yoxdursa gedib dava edəsi deyilik.

- Dedilər güləşçilərimizdən "moyka"ya işə düzələnlər olub.

- Birincisi yalandır. Elə bir şey yoxdur.İkincisi də zəhmətlə işləyib pul qazanmaq ayıbdır? Mən 4-5 müəllim yanına gedib ali məktəbə hazırlaşırdım, məşqlərimi edirdim, boş qalan günümdə isə ailəmə kömək edirdim. Atamla daş karxanasında işləyirdim.Hər bir problemində, hər işində federasiyasının rəhbərliyi güləşçilərimizin yanında olub.İstər xeyir işlərində, istərsə də yaxının yas mərasimində.Bir ildir ki olimpiada qutarıb. Bəs necə olur ki ən çox medalı (9 medal) Azəbaycan Güləş Federasiyası götürür?

- Firdovsi müəllim bir az əvvəl də dediyim kimi sosial şəbəkədə çox müzakirə olunduz. Amma bir qurup şəxs, monitor arxasında "şir"ə dönənlərlə eyni mövqedən çıxış edərək sanki paxıllıq nümayiş etdirirdilər?

- Paxıllıq həmişə olub. Tərifləyənlərlə də, pisləyənlərlə də oturub danışa bilərəm.Görək nəyə görə təhqir edirlər.Danışaq görək o "şir"ə dönənlər nədən narazıdırlar? Monitor arxasında "şir"ə dönənləri "pişiyə" çevirə bilərik. (gülür) Belə çıxır hər bir idmançını boş buraxmalıyıq? O da oz rejimini gözləməsin, səhərə qədər yatmasın, istədiyi yerlərdə dincəlsin, gəzsin. Belə olmalıdır?Nizam-intizamı olmayan şəxsdən heç bir uğur gözləmək olmaz. O danışanlar da boş-boş danışırlar. Sağlam tənqid başqadır, təhqir başqa...  İnsanın şəxsiyyətinə toxunmaq ən böyük tərbiyəsizlikdir. Paxıllıq edənlərlə çox  qarşılaşmışam.  İstər güləşdiyim vaxt, istər məşqçi işlədiyim vaxt. Elə sözlər eşitmişəm ki mənim ağlıma da gəlməzdi... Üzümə gülüb, arxamca danışıb.Paxıllıq edenlərə fikir vermək lazım deyil.

- Yəni sizə dost münasibəti göstərib, amma başqa mövqedə dayanıblar...

- Sözsüz. Elə insanlar olub paxıllıqda bir çox sözləri başqa danışıblar.Hətta çayxanada oturub haqqımda boş-boş fikirlər yaratmağa çalışıblar.Halbuki ki o danışan insanın da övladı guya mənimlə yaxın olub.  Yalandanan hər yerdə övladının yarışda uduzdurulmasından danışıb.Bir çox başqa yalan fikirlər irəli sürüblər. Övladında səbəb yox,  məşqçidə bəhanə axtarıblar. Həmişə demişəm millimizdə pozulmayacaq qayda-qanunlar var.

- O qaydaları bir qədər də olsa "çeynəməyin"  yolu varmı?

- Heç vaxt... Atam da bu məsələyə qarışa bilməz.Demişəm axı yaxın qohumumu intizamsızlığa görə komandadan qovmuşam.Azərbaycan millisinin şərəfi mənim üçün çox önəmlidir.

BAKU.WS

Son xəbərlər