Yunan-Roma güləşçilərimizin rəqibləri müəyyənləşdi

Yunan-Roma güləşçilərimizin rəqibləri müəyyənləşdi
İdman 66

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, yarışın son 3 günündə Yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

55 kq1/8 final: Eldəniz Əzizli - Nedyalko Petrov (Bolqarıstan)

60 kq1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus)

63 kq1/8 final: Taleh Məmmədov - Nikolay Viçev (Bolqarıstan)

67 kq1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya)

72 kqTəsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova)

77 kq1/8 final: Sənan Süleymanov - Harri Latvala (Finlandiya)

82 kq1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova)

97 kq1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan)

Qeyd edək ki, sabah Eldəniz Əzizli, Taleh Məmmədov və Sənan Süleymanov xalça üzərinə çıxacaq. Digər güləşçilərimiz isə aprelin 24-də mübarizəyə qoşulacaq.

Oxşar xəbərlər

Güləşçilərimizin Olimpiadaya gedən yolda rəqibləri bilindi

Güləşçilərimizin Olimpiadaya gedən yolda rəqibləri bilindi

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək. BAKU.WS xəbər verir ki, bu gün bütün çəkilər üzrə püşkatma m...

106 İdman 22:58 17 mart 2021

Son xəbərlər