SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunları və Pekin-2022 Qış Olimpiya Oyunlarında Rusiya idmançılarının iştirakı ilə protokol tədbirlərinin musiqi müşayiəti zamanı dövlət himni əvəzinə Pyotr Çaykovskinin "Orkestrla birgə fortepiano üçün Konsert №1" əsərindən istifadə ediləcəyini təsdiqləyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin (OKR) prezidenti Stanislav Pozdnyakov qurumun rəsmi saytına açıqlamasında deyib.

O, çətin prosesin həllinə görə IOC və OKR-dəki həmkarlarına təşəkkürünü bildirib.

İdman Arbitraj Məhkəməsi (CAS) dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda - olimpiya, paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq.

Qeyd edək ki, Tokio olimpiadası 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları isə 2022-ci il 4 - 20 fevralda gerçəkləşəcək.

BAKU.WS