VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
12 qat Avropa və 4 dəfə dünya çempionu Rafael Ağayev növbəti dəfə qitə çempionatının finalına çıxıb.
 
BAKU.WS-in məlumatına görə, Andorra (5:0), Avstriya (4:0), Macarıstan (1:0) və Fransa (6:0) idmançılarını bir xal vermədən məğlub edən R. Ağayev mayın 7-də finalda türkiyəli idmançı Ərman Əltəmurla qarşılaşıb.
 
Fransanın Monpelye şəhərində keçirilən 51-ci Avropa çempionatında finalda türkiyəli Ərman Əltəmura da qalib gələn (4-0 ) Rafael Avropa çempionu adına layiq görülüb.
 
BAKU.WS