Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda hamamdan oğurluq edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki hamamlardan birində baş verib. Naməlum şəxslər hamamdan 5000 manat dəyərində 3 ədəd kombi aparatı oğurlayıblar.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Abdullazadə və əvvəllər məhkum olunmuş R.İsrafilov saxlanılıblar. Araşdırma zamanı E.Abdullazadənin Masallı rayonunda bir nəfəri aldadaraq 1 450 manat pulunu ələ keçirdiyi də məlum olub.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. BAKU.WS Oxu.az-a istinadən xəbər veri...