İlk dəfə ailə quran 42 yaşlı aktrisa: "Çox xoşbəxtəm"
Yeniliklərdən dərhal xəbərdar olun
42 yaşlı aktrisa Yuliya Peresild ilk dəfə evlənib.
BAKU.WS "woman.ru"ya istinadən xəbər verir ki, o bu xoş xəbəri təsdiqləyib və hazırda çox xoşbəxt olduğunu etiraf edib.
Ulduz rəsmi evliliyi barədə ilk dəfə HELLO! jurnalına verdiyi yeni müsahibəsində elan edib.
Peresildin şəxsi həyatında dəyişikliklər barədə şayiələr sentyabrın əvvəlində yayılmağa başlayıb. Pərəstişkarları aktrisanın barmağındakı üzüyü görsələr də, Yuliya özü detallar barədə danışmaqdan çəkinirdi.
"Tək olmaq həqiqətən çətindir və tək olmamalısan. Bəzən tək olmaq hər şeydən yaxşıdır. Amma həmişə sevgini arzulamalısan. Bəli, ailə qurdum. Mən bunuetdim və mən çox xoşbəxtəm" - deyə Yuliya Peresild vurğulayıb.
Aktrisa toy şəkillərini, tarixini və digər təfərrüatları isə gizli saxlayıb.
Xatırladaq ki, aktrisa ilə operator Mixail Milaşin arasında mümkün romantik münasibətlər barədə şayiələr 2025-ci ilin payızında ortaya çıxıb.
Oxşar xəbərlər
Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı
Holivud ulduzu Dueyn Conson son dövrlərdə səhhətində yaşadığı problemlər və xarici görünüşdəki dəyişikliklə gündəm olub. BAKU.WS xəbər verir ki, yeni filmi üçü...