FİFA-dan hamilə futbolçular üçün mühüm qərar

19
noy
2020
22:53
FİFA dekabr ayında keçiriləcək konqresində qadın futbolçular üçün mühüm qərar qəbul etməyi planlaşdırır.
BAKU.WS qol.az-a istinadən xəbər verir ki, hamilə qalan qadın futbolçuları azı 14 həftəlik analıq məzuniyyəti imkanı yaradılacaq. Müddətin ilk 8 ayı ərzində qadın futbolçular maaşlarının 2/3 hissəsini ala biləcəklər.
Məzuniyyətdən qayıdan futbolçunun uyğunlaşma dövründə tələb olunan tibbi dəstək isə klub tərəfindən təmin olunacaq.
Qeyd olub ki, bu qaydaları pozan klublar cərimə və transfer qadağaları ilə üzləşəcəklər.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...
