Ronaldu: “Vaxt öldürmək üçün günəş vannası qəbul edirəm”

Koronavirusa yoluxan “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu COVID-19-un bütün protokol qaydalarına riayət etdiyini bildirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, tanınmış italiyalı immunoloq Antonella Viola Kriştianu Ronaldunu karantin qaydalarına riayət etmədiyinə görə tənqid etmişdi.
“Ailəm evin başqa mərtəbəsindədir, biz bir-birimizlə əlaqə qura bilmərik. Daim evdəyəm və vaxt öldürmək üçün günəş vannası qəbul edirəm. Mən protokola riayət edirəm, onu pozmamışam. Barəmdə deyilənlər yalandır. Mən İtaliyaya təcili tibbi yardım avtomobilində gəlmişəm, hətta Turində belə heç kimlə təmasım olmayıb”, - K.Ronaldunun açıqlamasını “Football Italia” nəşri dərc edib.
Oxşar xəbərlər
Ronaldunun bu görüntüsü sosial şəbəkəni bir-birinə vurdu - FOTO
“Yuventus” klubunun forvardı Kriştianu Ronaldu qarşılaşmanın 58-ci dəqiqədə “Parma”nın qapısına vurduğu qoldan sonra ona ötürmə verən komanda yoldaşı Paulo Diba...
