10 manatlıq borc mübahisəsi qanla bitdi: Təsbehlə təhqir edildiyini deyən gənc tanışını öldürdü
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Arif Hətəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2010-cu il təvəllüdlü Arif Hətəmov yaşıdı İlqar Əliyevə borclu olduğu 10 manatın 2010-cu il təvəllüdlü tanışı, zərərçəkmiş Tunar Məmmədov vasitəsilə ondan tələb edilməsini təhqir kimi qəbul edib. O, sonradan baş verən mübahisə zamanı Tunar Məmmədovu bıçaqlayaraq qəsdən öldürüb.
Cinayət işinin materiallarına əsasən, hadisədən əvvəl təqsirləndirilən şəxsin İlqar Əliyevə 10 manat borcu olub. İlqar Əliyevin tanışı Tunar Məmmədov həmin borcun ödənilməsini dəfələrlə tələb edib.
Belə ki, Tunar Ariflə telefon əlaqəsi saxlayaraq pulu təcili qaytarmasını istəyib, onu təhqir edib və borcu ödəməyəcəyi halda yaşadığı ünvana gələrək ailə üzvlərinin yanında biabır edəcəyi ilə hədələyib.
Təqsirləndirilən şəxs bu davranışları öz şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək mübahisəyə birdəfəlik son qoymaq qərarına gəlib.
Arif Hətəmov əvvəlcədən cinayət niyyəti ilə üzərində mətbəx bıçağı götürərək Tunar Məmmədovun təyin etdiyi görüşə yollanıb.
Hadisə 2025-ci il avqust ayının 19-da axşam saatlarında Gəncə şəhərinin Natəvan qəsəbəsində baş verib.
Məhkəmə materiallarında göstərilir ki, görüş zamanı Tunar Məmmədov yenidən borcun ödənilməməsi ilə bağlı irad bildirib. Daha sonra əlində olan qara rəngli təsbehi təqsirləndirilən şəxsin başına toxunduraraq ünvanına nalayiq ifadələr işlədib. Bu hərəkətlərdən sonra tərəflər arasında yaranan mübahisə daha da gərginləşib.
Arif qisas almaq məqsədilə üzərində gəzdirdiyi bıçağı çıxararaq Tunarın qarın nahiyəsinə bir dəfə zərbə endirib.
Ekspertiza rəylərinə görə, bıçaq zərbəsindən sonra zərərçəkmişdə kəskin daxili və xarici qanaxma baş verib.
Alınmış xəsarət həyat üçün təhlükəli ağır bədən xəsarəti kimi qiymətləndirilib və Tunar Məmmədov hadisə nəticəsində ölüb.
Hadisədən sonra Arif Hətəmov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
"Mançester Yunayted" 27 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Mançester Yunayted" İtaliya təmsilçisi "İnter"in sol cinah müdafiəçisi Karlos Auqusto ilə maraqlanır. BAKU.WS xəbər verir ki, məlumata görə, Premyer Liqa klubu...