Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
29
apr
2026
07:53
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib:
"Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".
Oxşar xəbərlər
Bu gün Bakının iki rayonunda qaz kəsiləcək
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Sabunçu və Sur...