Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi bərpa olunub
20
okt
2024
11:12
Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Qeyd edək ki, Zığ dairəsi - Hava Limanı yolunda əlverişsiz hava ilə əlaqədar sürət həddi dünən endirilib.
Oxşar xəbərlər
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? - Polis ərazini nəzarətə götürdü
Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektində gecə saatlarında ətraf ərazilərə yayılan yüksək səslə bağlı daxil olan müraciət...