Zaqatalada su kəsildi
Zaqatala şəhərinin 28 May küçəsində su xəttində qəza baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, baş vermiş qəzanın təmir edilməsi ilə əlaqədar şəhərin Heydər Əliyev, N.Nərimanov, Tağıyev, Həzi Aslanov, M.Rəsulzadə, 28 may, Sabir, Füzuli, Ü.Sadıqov küçələrində, Azərbaycan prospekti, Nizami, A.Qardaşov, F.Əmirov, Vidadi və s. küçələrinin bir hissəsində su təchizatı müvəqqəti dayandırılıb.
Qeyd edilib ki, suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra təmin ediləcək.
Oxşar xəbərlər
AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun 4,8-ci kilometrindən etibarən yenidənqurma və möhkəmləndirmə tədbirləri görülür, sel sularının sıradan çıxardığı suö...