Zabuxda məktəb fəaliyyətə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayonunun Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti və kitabxana yaradılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi məktəblər istifadəyə verilib - FOTO
Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir. BAKU.WS xəbər verir ki, 2023-...