Yol polisindən yağışlı hava ilə bağlı AÇIQLAMA
Əlverişsiz hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, intensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaransa da, gücləndirilmiş iş rejimində çalışan Baş DYP İdarəsinin YPX Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlərlə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməmiş, qəza ehtimalı yüksək olan yol sahələrində fasiləsiz xidmət aparılmış, yolda qalan nasaz avtomobillərin kənarlaşdırılması, sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atılıb.
Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bu gün ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti dayanır
Bu gün ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında, heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və milli-mənəvi dəyərlərə verdiyi...