Yerli balıq məhsullarının ƏDV-dən azad olması müzakirə edilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin rəhbər heyəti iri pərakəndə satış şəbəkələrinin balıq məhsullarına məsul nümayəndələri ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə ölkəmizdə balıq məhsullarının istehlakının artırılması, yerli akvakulturanın inkişafı və istehsalçıların dəstəklənməsi istiqamətində mövcud vəziyyət və gələcək addımları müzakirə olunub.
Tədbir çərçivəsində yerli balıqçılıq və akvakultura təsərrüfatlarının inkişaf prioritetləri, balıq istehsalçılarına təqdim olunan dövlət dəstək mexanizmlərinin layihələri, yerli balıq məhsulları üçün ƏDV-dən azad olma, pərakəndə satış şəbəkələrində qida təhlükəsizliyi və gigiyena standartlarının təkmilləşdirilməsi, eləcə də yerli istehsalçılar ilə pərakəndə şəbəkələr arasında birbaşa əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər ölkədə balıq istehlakının artırılması məqsədilə balıq məhsullarının istehsal və satış zəncirində qarşılıqlı əməkdaşlığın artırılması, yerli istehsalın dəstəklənməsi və ölkədə balıq məhsullarına olan tələbatın yüksəldilməsi üçün birgə fəaliyyətə hazır olduqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Kartdan-karta pul köçürənlərə vacib xəbər
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidm...