Yeni yolun tikintisindən - Görüntülər
![Yeni yolun tikintisindən - Görüntülər](https://baku.ws/storage/photos/uploads/thumbs/large/SWozLAQu5bctAFKxb6JEYlKxg7lehm34AJv12DXp.webp)
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub.
Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
Qalereya
Oxşar xəbərlər
Direktor və müavinləri sertifikasiyaya cəlb olunacaq
Direktor və direktor müavinləri sertifikasiyaya cəlb olunacaq. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil...
![](/images/banners/placeholder_home_right_az.jpg)