Yeni il axşamı Bakıda ictimai nəqliyyat necə işləyəcək?

Yeni il axşamı Bakıda ictimai nəqliyyat necə işləyəcək?
Sosial 9

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələri və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alınaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

“Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb”, - məlumatda deyilir.

Oxşar xəbərlər

Bu gündən Azərbaycanda BU TƏLƏBLƏR qüvvəyə minir

Bu gündən Azərbaycanda BU TƏLƏBLƏR qüvvəyə minir

Bu gündən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib. BAKU.WS xəbər verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” qanu...

64 Sosial 08:44 01 oktyabr 2023

Son xəbərlər