Yaxın günlərdə Bakı metrosunda YENİLİK OLACAQ - Yeni qatarlar

Yaxın günlərdə Bakı metrosunda YENİLİK OLACAQ - Yeni qatarlar
Sosial 1036

Bakı metropoliteni xəttə yeni yeddi vaqonluq qatarlar buraxacaq.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun “bənövşəyi xətt”i üzrə hərəkət edəcəklər:

“Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə “bənövşəyi xətt” üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq”.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər