Yaşayış binasının altında mərasim evi açılması sakinlərin etirazına səbəb oldu

Yaşayış binasının altında mərasim evi açılması sakinlərin etirazına səbəb oldu
Video
Sosial 25

Sumqayıt şəhərində yerləşən "Levent 2" yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin fəaliyyətə başlamasından narahatdırlar.

Baku TV-nin çəkiliş qrupu sakinlərin müraciəti əsasında əraziyə gedərək məsələni aydınlaşdırmağa çalışıb.

Sakinlərin sözlərinə görə, yaşayış binasının altında fəaliyyət göstərəcək mərasim evində keçiriləcək yas mərasimləri səs-küyə səbəb ola, xüsusilə uşaqların psixoloji durumuna mənfi təsir göstərə bilər.

Sakinləri narahat edən digər məsələ isə mərasim evinin arxa hissəsində binanın həyətinə açılan qapının olmasıdır. Onların iddiasına görə, əlavə olaraq qarajdan mərasim evinə qalxan lift də quraşdırılıb.

Məsələ ilə bağlı obyekt rəhbərliyinin mövqeyi də öyrənilib. Bildirilib ki, burada keçiriləcək mərasimlər digər yerlərdən fərqli olacaq və sakit şəkildə təşkil ediləcək. Qarşı tərəfin sözlərinə görə, səs-küyə yol verilməyəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər