“Xəzər adaları” Hacı İbrahimdən alındı - Yeni investorlara təklif olunur
10
fev
2018
17:45
"Xəzər Adaları” layihəsi bütünlüklə iş adamı Hacı İbrahimdən alınıb, dövlət tərəfindən yeni investorlara təklif olunub.BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "Yeni Müsavat" qəzeti yayıb. Qəzet bildirir ki, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.Məsələ ilə bağlı Hacı İbrahim Nehrəmli açıqlama verib. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yayılan məlumatın həqiqətə uyğun olmadığını deyib: "Yalan söhbətdir, belə bir məsələ yoxdur”.Hacı İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyi də soruşulub. O, suala cavab vermək istəmədiyini bildirib: "Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm”.Xatırladaq ki, 2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar. Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Saxlanılan iş adamlarından biri də "Avesta” konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli idi.BAKU.WS
Oxşar xəbərlər
Hacı İbrahim Nehrəmlinin təzə biznesi: 110 milyard dollar hara, 10 manat hara? (FOTO)
Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur və qalmaqallı iş adamı İbrahim İbrahimov təzə şirkət təsis edib. Daha doğrusu şirkət təzə qeydiyyatdan keçib, ancaq ad...