Hacı İbrahim texnikalarını satışa çıxardı

Hacı İbrahim texnikalarını satışa çıxardı
Sosial 1781
 

"Avesta” konserninin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli "Xəzər adaları” layihəsinin tikintisi zamanı aldığı texnikaları satışa çıxarıb.

BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, layihədə istifadə olunan ağır texniki vasitələrin artıq bir hissəsi satılıb. Hacı İbrahimin maliyyə böhranından sonra çətinliklə üzləşdiyi, məhz bu səbəbdən belə addım atdığı bildirilir. 

Saytın xəbərində qeyd edilir ki, "Xəzər adaları”nda işlər səngidiyindən və iş adamına təcilli nağd pul lazım olduğundan texnikaları ucuz qiymətə satmağa məcbur olub.

"Beynəlxalq Bank işi”ndə adı hallanan iş adamı ötən ilin sonunda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı. Nehrəmli "Beynəlxalq Bank”dan 78 milyon manat məbləğində kredit götürdüyünü, kredit borcunu gecikdirdiyi üçün "Bandotdel”ə aparıldığını açıqlamışdı.

Hacı İbrahim Nehrəmli Xəzər dənizində "Xəzər adaları” adlı ada-şəhərin inşasına başlamışdı. Layihənin ümumi dəyərinin 100 milyard dollar olduğu bildirilirdi.

Ötən il ölkə mətbuatı yazırdı ki, "Avesta” konserni MMC-də bir çox işçilərin əmək haqlarını ödəməkdə belə problemlər yaranıb. Bu məsələ ətrafında təqribən bir neçə ay şikayətlər eşidildi.

BAKU.WS

Oxşar xəbərlər

Hacı Nuran evlənmək istəyir - FOTO

Hacı Nuran evlənmək istəyir - FOTO

Almaniyada müalicə alan aparıcı Hacı Nuran bayram ərəfəsində bir neçə günlük Bakıya qayıdıb. BAKU.WS BiG.AZ-a istinadən xəbər verir ki, Hacı Nuran dietoloq Tut...

4095 Sosial 18:34 30 mart 2016

Son xəbərlər