Xudatda Heydər Əliyev Parkı əsaslı təmir edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazın Xudat şəhərində Heydər Əliyev adına park əsaslı təmir edilir.
BAKU.WS xəbər verir ki, hazırda parkın ərazisinə tamet döşənir.
Görülən işlər çərçivəsində yeni ağac və gül kolları əkiləcək, oturacaqlar qoyulacaq, müasir işıqlandırma sistemi yaradılacaq, mövcud fəvvarə yenilənəcək.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev istirahət parkında görülən işlərlə tanış olub. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün tapşırıqlarını verib.
Həmçinin, qeyd edilib ki, Xudat şəhərində istirahət parkları yenilənir, küçələr asfaltlanır, piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilər təmir olunur.
Qalereya
Oxşar xəbərlər
Bakının bu qəsəbəsində uşaqlar və yaşlılar təhlükədədir
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin gündəlik hərəkətini çətinləşdirib. Bu barədə Bakı sakini Fatma Novruzova...